Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Düşmən öz xislətindən əl çəkmir

0

  •  Təkur  deyir:  “Qalxıb  yerinizdən  durun,  yatan  yerdə  Bəkil  bəyi tutun!”  Kitabi  Dədə  Qorqud  sanki  bu  sözləri  bu  günlə  səsləşir,  düşmən  1300  il bundan  əvvəl  xain  gecə  hücumlarına  üstünlük  verirdi,  yenə  həmin  xəyalla  yaşayır.  Öz  əcdadlarının  yolunu  davam  etdirir.  44 günlük  vətən  müharibəsində  diz  çöküb  yalvarıb  aman  diləyən  düşmən,  hümanist  addım  atan  Ali  Baş  Komandan  İlham  Əliyev  onlara  vaxt  tanıdı  ki,  rədd  olub  torpaqlarımızdan  getsinlər, onlar  isə  əllərinə  keçən  hər  şeyi  yandırıb  talan  etdilər.     2022-ci  il  sentyabr  ayının  12-dən  13-nə  keçən  gecə  erməni  hərbi  quldur  dəstələri  Zəngilandan  Daşkəsənə  qədər  olan  geniş  bir  ərazidə  xaincəsinə  gecə  basqınları  düzənlədilər.  Hücumdan  əvvəl  ərazinin  çətin  reliyef  şəraitindən  istifadə  edərək,  təminat  yollarını  minaladılar,  bununla  fikirləşirdilər  ki,  Azərbaycan  ordusu  bu  xain  zərbələrdən  özünü  toparlaya  bilməyəcək  və  onlar qovulduqları  torpaqlarımızı  yenə  ələ  keçirib,  danışıqlarda  hərbi  üstünlüyü  ələ  alacaqlar,Azərbaycan Respublikasının  Prezidenti  İlham  Əliyevi  öz  havadarlarının  köməyi  ilə  məcbur  edəcəklər  danışıqlarda  güzəştə  getsin,  düşmənin  arzusu  yenə  gözündə  qaldı.  ATƏT  dayısı  çoxdan  dəmir  yumuruqla  dəfn  edildiyi  bir  daha  sübuta  yetirildi.    Azərbaycan  ordusu  nəinki  özünü  itirdi,  qısa  bir  zamanda  düşmənə  sarsıdıcı  zərbələr  vuruldu.  Düşmənin  2-i  raket  qurğusu,  hava  hücumundan  müdaifə  qurğuları  və  maşınları  sıradan  çıxarılmışdır.  Vətən  torpağının  müdafiəsində  77-nəfər  şəhidlik  zirvəsinə  yüksəldi.  Erməni  üçün  heç  bir  danışığın  əhəmiyyəti  yoxdur,  imkan  olan  kimi  gücə  əl  atırlar.  Layiqli  cavab  alınca  yenə  Makron  və  digər  havadarlarına,  rus  ağalarına  yalvarırlar.  Onlar  itkilərinin  daha  çox  olduğu  xəbər  saytlarından  məlum  olur  ki,  onların  itkiləri  400-dən  çoxdur.  Nəqədər  ki,  riyakar  avropalılar  var  erməni  sülhə  razı  olmayacaq.   Azərbaycan  hər  zaman  olduğu  kimi  yenə  beynəlxalq  qanunlar  əsasında  öz  sərhədlərini  həmişə  qorumağa  hazır  olduğunu  bəyan  edir.  Ermənilər  isə  yenə  inanırlar  ki,  havadarları  Miniski  qrupun  dirildəcək,  30  il  Azərbaycan  xalqını  aldadacaq,  ermənilər  isə  Qarabağda  at  oynadacaq.  Zaman  sübut  edir  ki,  atlarıda  dayılarıda  qabaqkı  oyunları  davam  etdirə  bilməyəcəklər.Artıq  kəndirbazın  kəndiri,  keçəlin  keçə  papağı  başından  düşüb. Azərbaycan  tək  deyil,  Ərdoğan  demişkən  dünya  beşdən  böyükdür.Pakistan  qəzəblə  girdi  meydana!  Türkiyə  və  İsraillə  dayanaraq  yan-yana!Dedi: - Məndə  köməyəm  Azərbaycana!  Şuşa,  biz  görüşdük,  xoşbəxtik  daha!Şükürlər  olsun,  yaradan  böyük  Allaha!İnanırıq ki, yaxın  gələcəkdə  Qərbi  Azərbaycanada  qayıdacağıq. Bütün  qısasımızı  alacağıq!Sabir Qasımov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib39 dəfə
    Düşmən öz xislətindən əl çəkmir

    Maraqlı gələ bilər
    0
    38